Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi, Gəncə şəhər ərazisində yerləşir. Universititetdə çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Komitə, fakültələrdə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.
İttifaqın struktur genişliyi və üzv sayı
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi, universititetdə fəaliyyət göstərən 8 fakültədən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 1200 ittifaq üzvünü özündə birləşdirir.
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri:


