“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Gəncə Dövlət Universitetində 6 oktyabr 2026-cı il tarixində Həmkarlar ittifaqı Komitəsinin təşkilatçılığı ilə “7 Oktyabr Layiqli Əmək Günü” münasibətilə “Layiqli əmək, layiqli həyat deməkdir” adlı tədbir keçirildi.

News Image

Gəncə Dövlət Universitetində 6 oktyabr 2026-cı il tarixində Həmkarlar ittifaqı Komitəsinin təşkilatçılığı ilə “7 Oktyabr Layiqli Əmək Günü” münasibətilə “Layiqli əmək, layiqli həyat deməkdir” adlı tədbir keçirildi.

Gəncə Dövlət Universitetində 6 oktyabr 2026-cı il tarixində Həmkarlar ittifaqı Komitəsinin təşkilatçılığı ilə “7 Oktyabr Layiqli Əmək Günü” münasibətilə “Layiqli əmək, layiqli həyat deməkdir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə HİK-nin sədri dos.Afaq Qasımova açdı. O, layiqli əmək gününün ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkatrlar Konfederasiyası tərəfindən irəli sürülməsini nəzərə çatdırdı. Eyni zamanda layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər barədə məlumat verdi, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələri qeyd etdi. Onu da qeyd etdi ki, universitetimizdə ittifaq üzvlərinə yaradılan sağlam və təhlükəsiz əmək şəraiti, onların əmək haqqının vaxtlı-vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə və s. məsələlər hər zaman HİK-nin diqqət mərkəzində olub. Sonra çıxış üçün söz universitetin baş hüquq məsləhətçisi Günay Şirinovaya verildi. Günay Şirinova öz çıxışında BMT-nin insan hüquqları bəyannaməsi və digər sənədlər əsasında layiqli əməyin ümum dünya məqsədinə çevrilməsini ətraflı

şəkildə iştirakçıların nəzərinə çatdırdı. Filologiya və xarici dillər fakültəsinin həmkarlar təşkilatının sədri Aynur Novruzova çıxış edərək bildirib ki, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşlar üçün səmərəli məşğulluq, sağlam və layiqli iş yeri, əmək şəraiti yaradılıb. Aparılan işlərin əsas məqsədi hər şeydən əvvəl insan amilinə, insanların rahatlığına yönəlmişdir. Onu da qeyd etdi ki, Layiqli əmək anlayışı layiqli həyat anlamı kimi başa düşülməlidir. Bu anlayış əsasən də qadinlar üçün daha keçərli olmalıdır. Sonrakı çıxışçılardan universitetin insan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva da çıxışında “Layiqli əmək günü” ilə bağlı geniş və maraqlı məlumat verdi. Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova, kimya kafedrasının müdiri dos. Aynur Məmmədova, kimya kafedrasının baş müəllimi Sevinc Zeynalova, botanika kafedrasının baş laborantı Aygün Qədimova çıxış edərək layiqli əməklə bağlı onları maraqlandıran sualları və təkliflərini bildirdilər.Mövzu üzrə iştirakçıların sualları cavablandırılıdı. Sonda tədbir iştirakçıları tərəfindən bir neçə təklif irəli sürüldü.

1.Qadınların iş saatının bir qədər qısaldılması və əmək haqqının artirilması.

2. İşçilərin işə qəbulu zamanı sınaq müddətinin 3 ay deyil bir il müddətinə verilməsi.

3. 3 yaşınacan uşağı olan analara ümumi fasilədən əlavə 1 saat fasilənin verilməsi.

İştirak etdi: 35 nəfər

Çıxışçıların sayı: 6 nəfər

1. A.Qasımova – HİK-nin sədri

2. G. Şirinova - baş hüquq məsləhətçisi

4. Aynur Novruzova - Filologiya və xarici dillər fakültəsinin həmkarlar təşkilatının sədri

5. S.Əhmədova - ekologiya kafedrasının müdiri

6. A.Məmmədova - kimya kafedrasının müdiri

7. Aygün Qədimova - botanika kafedrasının baş laborantı

Gəncə Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin və Filologiya və xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirildi.

News Image

Gəncə Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin və Filologiya və xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirildi.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsi və Filologiya və xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova müəllim peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs edib. O bildirib ki, Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd olunur və bu əlamətdar günə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Afaq Qasımova onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev müəllim peşəsinə hər zaman yüksək qiymət vermiş, təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev çıxışında XXI əsrin elm və informasiya əsri kimi xarakterizə olunduğunu qeyd edərək, müasir dövrdə təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən danışıb. O bildirib ki, təhsilin inkişafına göstərilən dövlət qayğısı Azərbaycanın beynəlxalq elmi-təhsil məkanına inteqrasiyasını sürətləndirir, ölkənin dünya miqyasında tanınmasına və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına mühüm töhfə verir. Y. Əliyev fakültədə yüksək ixtisaslı müəllim və pedaqoji kadrların hazırlanmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

 

Tədbirdə bildirlib ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup professor müəllim heyətinə Həmkarlar İttifaqı Komitəsinin xətti ilə pul mükafatı ayrılıb.Eyni zamanda səmərəli elmi pedaqoji fəaliyyətinə görə fərqlənən 10 nəfər müəllimə həmkarlar komitəsinin xəttilə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, tədbirdə fakültədə uzun illər ərzində elmi-pedaqoji və təşkilati fəaliyyət göstərmiş, hazırda isə təqaüddə olan əməkdaşlar da iştirak ediblər. Onlara da uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub.

Tədbirin yaddaqalan məqamlarından biri tələbələrin müəllimlər üçün hazırladıqları video təbriklərin nümayişi olub. Tələbələrin müəllimləri haqqında səsləndirdikləri səmimi fikirlər, minnətdarlıq ifadələri və xoş arzular tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir tələbələrin ifasında səsləndirilən şeirlər və musiqi nömrələri ilə davam edib.

 

 

 

 

 

 

Gəncə Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib.

News Image

Gəncə Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Gəncə Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Universitetin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 27 sentyabr 2020-ci il böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən Savaşının qələbə dolu əks-sədası eşidildi. Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi. Dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətləri otuz ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə mane olsalar da Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ işğaldan azad olundu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Rektor Yusif Yusibov onu da vurğulayıb ki,Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.

Daha sonra Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev “Anım günü milli birliyimizin əbədi rəmzidir”, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Zəfərə gedən parlaq yol”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Milli birlik və dövlət strategiyası: Qələbəyə aparan yol” adlı məruzələrində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən bəhs ediblər.

Sonda Fizika və texniki fənlər fakültəsinin 3-cü kurs tələbəsi Ülviyyə Məmmədli “Bir əsgərin dilindən” adlı şeir səsləndirib.

GDU-nun Filologiya və Xarici dillər fakültəsində təşkil olunan Rus dili kafedrasının müdiri dos. Kəmalə Əliyevanın 65 illik yubileyində iştirak etdik.

News Image

GDU-nun Filologiya və Xarici dillər fakültəsində təşkil olunan Rus dili kafedrasının müdiri dos. Kəmalə Əliyevanın 65 illik yubileyində iştirak etdik.

GDU-nun Filologiya və Xarici dillər fakültəsində təşkil olunan Rus dili kafedrasının müdiri dos. Kəmalə Əliyevanın 65 illik yubileyində iştirak etdik.Yubilyara komitənin xəttillə təbrik diplomu və gül buketi təqdim olundu.

GDU-nun Həmkarlar İttifaqı Komitəsində yeni tədris ilinin başlanması ilə bağlı fakültə həmkarlar təşkilatları sədrləri ilə görüş keçirildi.

News Image

GDU-nun Həmkarlar İttifaqı Komitəsində yeni tədris ilinin başlanması ilə bağlı fakültə həmkarlar təşkilatları sədrləri ilə görüş keçirildi.

GDU-nun Həmkarlar İttifaqı Komitəsində yeni tədris ilinin başlanması ilə bağlı fakültə həmkarlar təşkilatları sədrləri ilə görüş keçirildi. Görüşdə yeni tədris ilində görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olundu.

Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Fizika və texniki fənlər fakültəsinin kollektivi üçün Qax-İlisu istiqamətində birgünlük gəzinti təşkil olunub.

News Image

Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Fizika və texniki fənlər fakültəsinin kollektivi üçün Qax-İlisu istiqamətində birgünlük gəzinti təşkil olunub.

Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Fizika və texniki fənlər fakültəsinin kollektivi üçün Qax-İlisu istiqamətində birgünlük gəzinti təşkil olunub.

Gəzinti İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi məqsədi daşıyıb. Təbiətin gözəllikləri ilə zəngin marşrut iştirakçılarda xoş təəssüratlar yaradıb və onlar göstərilən diqqət və qayğıya görə Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinə təşəkkürlərini bildiriblər.

Gəncə Dövlət Universitetində (GDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə iştirak etdik.

News Image

Gəncə Dövlət Universitetində (GDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə iştirak etdik.

Gəncə Dövlət Universitetində (GDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə iştirak etdik.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi və demokratik institutların formalaşdırılması ölkənin gələcək inkişafının hüquqi əsaslarını yaratdı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinin dayandırılması məqsədilə 1994-cü ildə atəşkəs əldə olundu. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişi ölkənin iqtisadi müstəqilliyini gücləndirdi, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı. Rektor onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir.

Təbdirdə Ümumi tarix kafedrasının dosenti Nərgiz Rəsulovanın “Separatçı qüvvələrin Azərbaycanı parçalamaq planlarına qarşı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq faktoru”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Güləbatın Hümbətovanın “Qurtuluş missiyasından Zəfər salnaməsinə şanlı yol”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “15 İyun Azərbaycanın dövlətçilik tarixinin zirvəsi” və Azərbaycan dili kafedrasının müəllim Ruhanə Xambatovanın “15 İyun – Tariximizin dönüş anı” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda bildirilib ki, Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və tarixi Zəfərinin təməlində dayanan hadisə kimi xalqımızın yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır.

Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının böyük lobarantı İsmət Nəriman qızı Quliyevanın 60 illik yubileyində iştirak etdik.

News Image

Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının böyük lobarantı İsmət Nəriman qızı Quliyevanın 60 illik yubileyində iştirak etdik.

Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının böyük lobarantı İsmət Nəriman qızı Quliyevanın 60 illik yubileyi keçirildi. Tədbirdə Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Afaq Qasımova yubilyarı təbrik edərək ona Komitə adından yubiley münasibətilə təbrik diplomu təqdim etdi.Tədbirdə Filologiya və xarici dillər fakültəsinin dekanı filologiya elmləri doktoru Yadigar Əliyev və Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Elnarə Abdullayeva,fransız dili kafedrasının müdiri dosent Məhərrəm Orucov,fakültə həmkarlar təşkilatının sədri Aynur Novruzova yubilyarı səmimi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

GDU-nun Həmkarlar İttifaqı Komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Qurban bayramı münasibətilə Universitetin aztəminatl əməkdaşlarına göndərilən hədiyyə kartlarının təqdimat tədbiri keçirilib.

News Image

GDU-nun Həmkarlar İttifaqı Komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Qurban bayramı münasibətilə Universitetin aztəminatl əməkdaşlarına göndərilən hədiyyə kartlarının təqdimat tədbiri keçirilib.

GDU-nun Həmkarlar İttifaqı Komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Qurban bayramı münasibətilə Universitetin aztəminatl əməkdaşlarına göndərilən hədiyyə kartlarının təqdimat tədbiri keçirilib. İttifaq üzvüləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Sədri Araz Paşayevə təşəkkürlərini bildirdilər

Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Şərəf xanım Əhmədovanın Yubiley tədbirində iştirak etdik.

News Image

Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Şərəf xanım Əhmədovanın Yubiley tədbirində iştirak etdik.

Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Şərəf xanım Əhmədovanın Yubiley tədbirində iştirak etdik. Dəyərli Şərəf müəllimə! Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir,elmi -pedaqoji fəaliyyətinizdə uğurlar arzu edirəm.

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenovun 80 illik yubiley tədbirində iştirak etdik.

News Image

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenovun 80 illik yubiley tədbirində iştirak etdik.

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenovun 80 illik yubiley tədbirində iştirak etdik.

Tədbirdə universitetin baş müşaviri, tarix elmləri namizədi, dosent Asif Cavadov, Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və kafedra əməkdaşları iştirak ediblər.

Çıxış edən Asif Cavadov cənab rektor Yusif Yusibovun salamlarını və yubiley təbriklərini, həmçinin müvafiq əmrini diqqətə çatdırıb. Bildirilib ki, rektorun əmrinə əsasən, Fəxrəddin Usenov "uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinin 60 illiyi və anadan olmasının 80 illiyi münasibətilə" fəxri fərmanla təltif olunub.

Daha sonra çıxış edən Afaq Qasımova, Azərbaycan tarixi kafedrasının müdiri dosent, Gülarə Əliyeva və kafedranın digər əməkdaşları yubilyarı səmimi sözlərlə təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıblar.

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilib.

News Image

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilib.

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçirilib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun yaradıcılığına verdiyi yüksək dəyərdən və şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Prezident İlham Əliyevin imzaladığı Sərəncam barədə danışıb. Millət vəkili Pərvin Kərimzadə görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolundan bəhs edib.

Tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

GDU HİK-in sədri Afaq Qasımova çıxış edərək bildirib ki, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğun zəngin lirikası və şeirləri ilə milli poeziyanın inkişafına mühüm töhfələr verib və Azərbaycan dilinin poetik imkanlarını daha da genişləndirib.

Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnistitutunun aparıcı elmi işçisi Aslan Salmansoy, həmin İnistitutun elmi katibi Aygün Bağırlı çıxış edərək Səməd Vurğunun yaradıcılığına nəzər salıblar.

Daha sonra Filologiya və Xarici dillər fakültəsinin tələbələri şairin əsərlərindən götürülmüş səhnəcik nümayiş etdiriblər, şeirlər səsləndiriblər və mahnılar ifa ediblər.